Bakı şəhərində 14 və 16 yaşadək cüdoçular "Avropa Cüdo Ümidləri" turniri keçirilib. Yarışda 10 ölkədən 81 klubun 289 idmançısı iştirak edib.
Yarışda Naxçıvan Muxtar Respublikasından məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 2 idmançı iştirak edib.
Ölkəmizi yarışda təmsil edən Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Ləman Bağırova 16 yaşadək qadın cüdoçular arasında fərqlənib. İdmançımız -40 kq çəki dərəcəsində üçüncü yerə sahib çıxaraq bürünc medal qazanıb.
Xatırladaq ki, Ləman Bağırova ötən il analoji turnirdə U14 yaş kateqoriyasında qızıl medal qazanmışdı.